SMM təqvimi
PulsuzBu ay nə paylaşmalı?
Azərbaycan bayramları, beynəlxalq günlər və mövsümi hadisələr — hər biri üçün format tövsiyəsi, kontent ideyası və həssaslıq xəbərdarlığı ilə.
Yaxınlaşır — hazırlığa başlayın
Fevral
5 günGənclər Günü
2 Fevral
Gənc auditoriyaya sahib brendlər üçün güclü gün. Komandadakı gənc əməkdaşları göstərin və ya gənc müştərilərin hekayələrini paylaşın.
Ümumdünya Xərçəngə Qarşı Mübarizə Günü
4 Fevral
Məhsul satışı ilə əlaqələndirməyin.
Sevgililər Günü
14 Fevral
İlin ən güclü kommersiya günlərindən biri. Hədiyyə seçimi karuseli, cütlük təklifi və son dəqiqə story-ləri — üçü birlikdə işləyir.
Beynəlxalq Ana Dili Günü
21 Fevral
Azərbaycan dilinin gözəlliyi haqqında kontent. Brend mətnlərinizin dil keyfiyyətini göstərmək üçün gözəl fürsət.
Beynəlxalq İtaliya Mətbəxi Günü
23 Fevral
Restoranlar üçün tematik menyu və ya reseptdən reels.
Gənclər Günü

Necə oxumalı
Üç rəng, üç fərqli davranış
Sərbəst
Kommersiya kontenti paylaşa bilərsiniz. Format tövsiyələrinə baxın.
Diqqətli olun
Ton ölçülü olmalıdır. Endirim və satış mesajı uyğun deyil, amma mövzuya toxunmaq olar.
Riskli
Kommersiya kontenti paylaşmayın. Planlaşdırılmış postları dayandırın — avtomatik dərc ən çox bu günlərdə problem yaradır.
Töhfə verin
Bir gün əskikdir?
Sahənizə aid vacib bir gün bu təqvimdə yoxdursa, yazın. Nəzərdən keçirib əlavə edəcəyik.
Təqvimi planlaşdırmaq bir işdir, icra etmək başqa.
Kontent istehsalı, dizayn və dərc — hamısını üzərimizə götürək.